Cəmiyyət Eldar Mahmudovun da Ramiz Mehdiyevin də əsl simasını gördü - AYDƏM İSMAYILOVDAN ONA İFTİRA ATANLARA CAVAB

“Qəribə bir vəziyyət yaranıb. Hansı iri məmur vurulursa, nədənsə mənim adımı maraqlı şəxslər və ya bəlli yazarlar mütləq şəkildə aparıb onlara bağlayırlar. Məni gah,Eldar Mahmudovun, gah da Ramiz Mehdiyevin adamı kimi təqdim edir, barəmdə “qara piar” kampaniyası aparırlar. Halbuki bu iddialar sadəcə içiboş, heç bir əsası olmayan fikirlərdir”.
Bu şər-böhtan atan “istedad sahibləri” son zamanlarda işdən çıxarılan digər nazirlərə mənim adımı calamağı nədənsə unudublar. Çox qəribədir ki, hal-hazırda işləyən nazirlərdən birinin də adamı kimi mənim adımı çəkmirlər.

Gununsesi.info bildirir ki, Fəlsəfə elmləri doktoru, iş adamı Aydəm İsmayılov Xeber.de-yə açıqlamasında belə deyib.

Onun fikrincə, bu cür qarayaxma kampaniyası rəqiblərinin iqtisadi maraqlarından qaynaqlanır və heç bir faktiki əsası yoxdur: “Mən vətənimin, dövlətimin, ölkəmin taleyinə biganə ola bilmərəm, zaman-zaman baş verən hadisələrlə bağlı mövqeyimi ortaya qoyuram. Həmişə də ölkə prezidenti cənab İlham Əliyevin və I vitse-prezidentin dəsti-xəttini, dövlətçiilk siyasətini dəstəkləyirəm və dəstəkləyəcəyəm də. Mənim kimə bağlılığımı araşdıranların da bunu bilməsini istəyirəm.
Ramiz Mehdiyevlərin, Eldar Mahmudovların əsl siması artıq cəmiyyətə yaxşı məlumdur, bunlar haqqında danışmaq istəmirəm, indi hakimiyyətdə olan nazirlər də mənim üçün sadəcə dövlət məmurlarıdır.
Aydəm İsmayılov bundan sonra barəsində yazılacaq iftiralara cavab verməyəcəyini bildirdi: “Mən bilirəm ki, mənim haqqında mediada gedən son qarayaxma kampaniyası Ramiz Mehdiyev haqqında yazdığım anlatik məqalələrlə bağlıdır. Kim nə yazırsa yazsın, dövlət orqanları və cəmiyyət kimin kim olduğunu, Azərbaycan ictimaiyyəti isə reket mətbuatının hansısa iş adamını, siyasətçini, ziyalını və ya hansısa məmuru niyə qaraladığını yaxşı bilir. Mənim kiminsə qarşısında verə bilməyəcəyim hesabatım yoxdur”.

Günay
Gununsesi.info