Cənub bölgəsinin yeganə keramika ustası – VİDEO

  • By admin
  • 22 Mart 2021 18:45

Azərbaycan vaxtilə dünyada keramika mərkəzlərindən biri sayılıb. Hazırda bu sənətə maraq göstərənlər, eləcə də sənətkarlar barmaqla sayılacaq qədər azdır. Cənub bölgəsində isə bu işlə məşğul olan yeganə sənətkar Lənkəran sakini Tərlan Sadıqovdur.

T.Sadıqov bildirir ki, sənətkar üçün işin əsası keyfiyyətli xammaldan başlayır. Elə keramika sənətində də gilin düzgün seçimi vacibdi. Qum qatının arasından süzülən gil ən keyfiyyətli  xammal sayılır.

HTML tutorial

20 ildir bu işlə məşğul olan sənətkar deyir ki, sənəti səbr və incəlik tələb edir.

Gununsesi.info