Ölkələrarası Cinayət Məhkəməsinə tərəf olan ölkələr arasında olan Cənubi Afrika Rusiya Prezidenti Putinlə bağlı açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, C. Afrika Rusiya Prezidentinin ölkəyə gələcəyi durumda, həbs edilməyəcəyini bildirib.
C. Afrika Prezidenti Cyril Ramaphosa məhkəməyə verdiyi ifadədə avqust ayındakı BRİCS Liderlər Zirvəsində ölkəyə səfər etməsi gözlənilən Rusiya Prezidentinin Ölkələrarası Cinayət Məhkəməsinin yaxalama qərarına görə tutulmasının savaş səbəbi sayıla biləcəyini söyləyib.
Hökumət həbs qərarına isti yanaşmazkən, ana müxalifət partiyası olan Demokratik Birlik siyasi hökuməti bu əmri yerinə yetirməyə məcbur etmək üçün işi Qauteng Ali Məhkəməsinə daşımışdı.
Ramaphosa mövzu haqqında gizli tutulması şərti ilə məhkəməyə andlı bir ifadə verib. Ancaq ALi Məhkəmə bu gizlilik tələbini uyğun görməyərək Prezidentin ifadəsini ictimaiyyətlə paylaşıb.
Ramaphosa verdiyi ifadəsində Putini həbs etmənin Rusiyaya savaş elan etmək anlamı daşıyacağını bildirib.
“Hökumətə verilən yetkilərin kor-koranə konstitusiyaya zidd bir şəkildə işlədilməsi demək olar”, – deyə C.Afrika lideri söyləyib.
Tərcümə: Arzu