Cənubi Afrikada qorxunc yanğın: 58 adam can verdi

  • By arzu
  • 31 Avqust 2023 11:50

Cənubi Afrikada faciəvi yanğın olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olay zamanı 58 adam can verib, 43 nəfər isə yaralanıb.

Yanğın hadisəsi Cənubi Afrikanın Yohanesburq şəhərində yaşanıb.

Bölgəyə yanğınsöndürənlər və tibb işçiləri cəlb edilib.

Şəhərin Fövqəladə Vəziyyətin İdarə Edilməsi Qurumunun sözcüsü Robert Mulaudzi etdiyi açıqlamasında yanğın faciəsində ölənlərin və yaralıların sayını təsdiqləyib.

Çalışmaların davam etdiyini bildirən Robert Mulaudzi ölənlərin sayının arta biləcəyini vurğulayıb.
Robert Mulaudzi binada evsizlərin kirayə anlaşması olmadan binada yaşadığını dilə gətirib.
Yanan binanın çevrəsində 200 adamın yaşadığı bildirilir.

Tərcümə: Arzu

Gununsesi.info