Koreya Respublikası və ABŞ döyüş sursatları ilə iyun ayında öz tarixlərində ən böyük birgə təlimini keçirməyi planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, alyansın 70 illik yubileyinə hazırlıq məqsədilə bağlı tədbirlər proqramı müttəfiqlər arasında həmrəyliyi, onların texnoloji üstünlüyünü və “güc vasitəsilə sülh” prinsipinə sadiqliyini nümayiş etdirmək üçün hazırlanıb.
Təlimlərdə tərəflərin müasir texnikadan, o cümlədən pilotsuz texnikadan istifadə edəcəyi gözlənilir.
1977-ci ildən yarımadanın cənubunda 10-dan çox belə irimiqyaslı canlı atəş təlimi keçirilib.
Gununsesi.info