Cənubi Koreya “həssas ölkələr” siyahısına əlavə edilib

  • By Admin2
  • 17 Mart 2025 12:38

Cənubi Koreya ABŞ Energetika Nazirliyi tərəfindən “həssas ölkə” elan edilib. Prezidentin səlahiyyətlərini icra edən baş nazirin müavini və maliyyə naziri Çoi Sanq-mok neqativ halların qarşısını almaq üçün ABŞ-la əlaqə saxlamağa çağırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki,  ABŞ Energetika Nazirliyi (DOE) Cənubi Koreyanı “həssas ölkələr” siyahısına daxil edib. 

DOE-nin tərifinə görə, ölkələr milli təhlükəsizlik, regional qeyri-sabitlik, milli iqtisadi təhlükəsizliyə təhdid, terrorizmə dəstək və ya nüvə problemlərinə görə “həssas ölkələr siyahısı”na daxil edilə bilər.

Çoi ABŞ-ın Cənubi Koreyanı “həssas ölkə” adlandırmasının iki ölkənin enerji əməkdaşlığına mənfi təsirinin qarşısını almaq üçün ABŞ ilə əlaqə saxlamağı tapşırıb.

Orxan

Gununsesi.info