Xəbər verdiyimiz kimi, Şimali Koreya lideri Kim Yonq Rusiyaya rəsmi səfərə gedib. Yonqun Putinlə görüşü Amerika və Avropa ölkələrinin diqqətini çəkir. Ukraynada savaş gedərkən iki liderin belə bir görüş keçirməsi dünya gücləri tərəfindənyaxından izlənilməkdədir.
Gununsesi.info xarici mətbuata istinadən bu görüşün konturlarını cızan analizi sizə təqdim edir.
Öncə Kim və Putin əl verərək salamlaşdıqdan sonra sıx qrafikində Yonq Rusiya Prezidentinə dəvət üçün təşəkkürünü bildirib.
Görüş Rusiyanın ilk ticari kosmos mərkəzi olan Amur bölgəsindəki “Vostoçnı”da gerçəkləşdi.
Amerikalı yetkililərin iddiasına görə, görüşün gündəmində Rusiyanın Ukraynada ehtiyac duyduğu silah və sursat ticarəti var.
Görüşdən öncə Kremlinin Mətbuat Sözcüsü Dmitri Peskov bu görüşün iki millət arasındakı dostluğu gücləndirəcəyini açıqlamışdı.
Koreya rəhbərinin yolçuluğu zamanı ordu yetkililəri də onunla birlikdə gəliblər.
İki lider arasındakı son görüş 2019-cu ildə Amerika ilə nüvə danışıqlarının puç olmasından sonra Vladivostokda olmuşdu.
Rusiyadakı qatar xətlərinin genişliyi Şimali Koreyadakından daha böyük olduğu üçün Kim Yonqun öz qatarının təkərlərini sərhəddə dəyişdirməsi gərək idi.Bir öncəki yolçuluğunda bu 70 dəqiqə çəkmişdi.
Qlobal Barışıq üçün Karneqi Vəqfi (Carnegie Endowment for International Peace) adlı düşüncə quruluşunun rəsmisi Ankit Panda iki ölkənin də bir-birlərinin ehtiyaclarının qarşılamasının mümkün olduğunu söyləyir.
“İndi əsas mövzu iki tərəfin bir-birlərinin istədiyi qiyməti ödəməyə razı olub-olmayacağıdır”.
Rusiyanın Şimali Koreyadan silah, topa mərmisi və raket tələb etməsi və bunun qarşılığında sanksiyalar üzündən, iqtisadiyyatı çətin günlər yaşayan Şimali Koreyanın qida və xammadə istəməsi gözlənilir.
“New York Times” qəzetinin iddiasına görə, 122 və 152 milli metrlik top mərmiləri depolarda azalıb. Putin bu toplarla yanaşı, anti-tank minaları da istəyə bilər.
Qəzetin yazdıqlarına görə, Kimin tələb siyahısında qida ilə yanaşı, daha qabaqcılş peyk və nüvə sualtı qayıqları texnologiyalarına əlçatımlılıq yer ala bilər.
Digər tərəfdən bu gün Vladivostokda hər il Çindən Rusiyanın şərq bölgələrinə yatırım cəlb etmək üçün gerçəkləşdirilən Şərqi İqtisadi Forumunda çıxış edən Prezident Putin “lazer, ultrasəsli və radio siqnallı” yeni silahlar hazırladıqlarını açıqladı, ancaq bunlarla bağlı detallı bilgi vermədi.
Şimali Koreyanın silah sistemlərinin önəmli qismi, eynən Rusiyanınkı kimi, Sovetlər Birliyi sistemlərinə görə dizayn edilib və sistemləşdirilib.
Ehtiyacdan artıq sursat
“BBC”yə açıqlama verən Şimali Koreya Araşdırmaları Universitetinin Professoru Kim Donq Pxenyanın depolarında milyonlarla top mərmisi və raketin olduğunu söyləyir. Analitiklərə görə 1953-cü ildən bəri savaşa girmədiyi üçün Şimali koreyanın əlində ehtiyacından daha çox sursat var.
Prof. Donq bu keçmiş silah-sursatları Rusiyaya verməyin müdafiə bacarığını və həcmini azaltmayacağını vurğulayır.
Artıq orduda daha yeni sursatlar işlədirlər.
İyul ayında Rusiya Müdafiə Naziri Sergey Şoyqunun səfəri zamanı mətbuatın paylaşımına verilən fotolar arasında Pxenyanın inkişaf etdirdiyi ilk qatı yanacaqlı qitələrarası raket sistemi olan Hwasong da vardı.
Amerika daha öncə Şimali Koreyaya Rusiyaya silah satmaması üçün xəbərdarlıq etmişdi.
Əksi durumda, sanksiyaların daha da artırılacağını açıqlamışdı.
Rusiya isə bu təhdidlərlə “maraqlanmadıqlarını” açıqlamışdı.
Kremlinin sözcüsü Peskov açıqlamasında “Şimali Koreya da daxil olmaqla, qonşularımızla əlaqələrimizi inkişaf etdirərkən bizim üçün önəmli olan iki ölkənin mənfəətləridir”, deyib.
Tərcümə: Arzu