Koreya Xalq Demokratik Respublikası (KXDR) qərb sahilindən Cənubi Koreya adalarına doğru 200-ə yaxın artilleriya mərmisi atıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Qeyd edək ki, 2010-cu ildə Şimali Koreyanın artilleriya atəşinə məruz qalan Cənubi Koreyanın nəzarətində olan Yenpxyendo adasının sakinlərinə Pxenyanın “mümkün təxribatı” fonunda dərhal təxliyə əmri verilib.
Yerli hakimiyyət orqanları Cənubi Koreya hərbçilərindən bununla bağlı göstəriş aldıqdan sonra kütləvi evakuasiya elan edib.
Gununsesi.info