Cənubi Koreya Prezidenti hərbi vəziyyət ləğv etdi

Cənubi Koreya hökuməti hərbi vəziyyəti ləğv edib.

 Gununsesi.info  xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Yun Seok-yeol  deyib.

Vətəndaşlara müraciətində prezident bildirib ki, hərbi vəziyyət komandanlığı ləğv edilib. Onun sözlərinə görə, qoşunlar öz bölmələrinə qayıdıblar.

Yun Seok-yeol müxalifət partiyalarını ölkəni iflic edən çirkin hərəkətlərinin dərhal dayandırmağa çağırıb.

Bildirilib ki, Şimali Koreyadan “qeyri-adi hərəkətlərin” qeydə alınmayıb.

Qeyd edək ki, Cənubi Koreya prezidenti Yoon Seok-yeol dekabrın 3-ü axşam saatlarında “Şimali Koreya tərəfdarı qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq üçün” hərbi vəziyyət elan edib.

 

 

Şəbnəm

Gununsesi.info