Cənubi Koreya prezidenti Yun Seok-yol KXDR ilə danışıqlar üçün məsləhətçi orqanın yaradılmasını təklif edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Bildirilirki, Cənubi Koreya lideri Koreyanın iki hissəsi arasında “gərginliyi aradan qaldırmaq və iqtisadi əməkdaşlığı bərpa etmək” yollarını müzakirə etməyə çalışır.
Prezidentin sözlərinə görə, iqtisadi və siyasi tərəfdaşlıq o şərtlə mümkündür ki, Pxenyan bir tələbi yerinə yetirsin – denuklearizasiya, yəni nüvə silahının istehsalı və inkişafının dayandırılması: “Şimali Koreya nüvəsizləşdirmə istiqamətində ən azı bir addım atan kimi biz siyasi və iqtisadi əməkdaşlığa başlayacağıq. Dialoq və əməkdaşlıq Koreyalararası münasibətlərdə əhəmiyyətli irəliləyişə səbəb ola bilər”.
Yun ümid edir ki, danışıqlarda iştirak edən işçi qrup bir sıra humanitar məsələlərdə – xüsusən 1950-1953-cü illərdə Koreya müharibəsi zamanı ayrılmış ailələrin birləşdirilməsində kompromis tapa bilər.
Günay
Gununsesi.info