Cənubi Koreya prokurorları və polisi ölkə prezidenti Yoon Seok-yeol-u “sui-qəsdçi lider” kimi tanıya və buna uyğun olaraq onun hərəkətlərini hakimiyyəti ələ keçirmək üçün fitnə-fəsad törətməkdə təsnif edə bilər.
Gununsesi.info xəbər veirr ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
“İstintaq orqanları istintaqı daraltmaq üçün rəqabət apardıqca, prezident Yoon Seok-yeol-un əməllərinin cinayət məcəlləsinə əsasən, fitnə planının rəhbəri kimi araşdırılacağı ehtimalı artır” – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Koreya Respublikasının cinayət məcəlləsində sui-qəsdçilərin lideri üçün ömürlük həbs və ya ölüm cəzası nəzərdə tutulub. Həmçinin ölkə qanunları üsyan və xəyanət hallarında ölkə prezidentinin mühakimə olunmasına icazə verir.
Qeyd edək ki, bundan əvvəl onlar Cənubi Koreya prezidentinin ölkədən çıxışına qadağa qoymaq istəyiblər.
Günel