Cənubi Koreya prezidentinin reytinqi 13%-ə düşüb

  • By Günel
  • 06 Dekabr 2024 08:23

Cənubi Koreya lideri Yun Sok Yöl ölkədə hərbi vəziyyət elan etmək cəhdindən sonra onun reytinqi 13%-ə qədər düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Yonhap” agentliyi “Gallup” sosioloji şirkətinin sorğusuna istinadən məlumat yayıb.

Prezidentin populyarlığı altı faiz bəndi azalıb ki, bu da onun 2022-ci ilin mayında vəzifəyə gəldiyindən bəri ən aşağı göstəricidir.

Sorğu dekabrın 3-dən 5-dək ölkədə 1001 yetkin şəxs arasında keçirilib. (APA)

Gununsesi.info