Cənubi Koreya prokurorluğu eks-prezidentin həbsinə order istəyir

  • By admin
  • 27 Mart 2017 07:25

cenubi koreya prezidenti

Cənubi Koreya prokurorluğu rüşvət qalmaqalında adı hallanan sabiq prezident Pak Кın Henin həbsi üçün order istəyir.

Gununsesi.info gazeta.ru-ya istinadən bildirir ki, qeyd olunan qalmaqal sabiq prezidentin istefasına gətirib çıxarıb.

Nəzərinizə çatdıraq ki, Pak Кın He hakimiyyətdən sui-istifadə, rüşvətxorluq və məxfi informasiyaların ötürülməsində ittiham olunur. Elə bu səbəbdən də ona qarşı impiçment elan edilib və konstitusiya məhkəməsinin qərarı ilə o, martın 10-da vəzifəsindən uzaqlaşdırılıb.

Gununsesi.info