Cənubi Koreya Rusiyaya qarşı yeni sanksiyalar elan edib

Seul Rusiyanın iki fiziki və iki hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Intellekt” şirkətinin rəhbəri Sergey Kozlov və “Sodeistvie”nin rəhbəri Aleksandr Panfilova məxsus iki gəmi şirkətinə sanksiya tətbiq edilib.

 

Məlumatda deyilir ki, gəmilərə qarşı sanksiyalar “Rusiya Federasiyası ilə Şimali Koreya arasında hərbi təyinatlı malların daşınmasında” iştirak etdiklərinə görə tətbiq edilib.

 

Bu da BMT Təhlükəsizlik Şurasının Pxenyana qarşı sanksiyalarını pozur.

 

 

 

Şəbnəm

Gununsesi.info