Cənubi Koreya və ABŞ hər il hərbi təlimlər keçirəcək

Cənubi Koreya və ABŞ avqustun 19-da illik Ulchi Freedom Shield hərbi təlimlərinə başlayacaq.

Gununsesi.info Yonhap-a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi bildirib.

Bildirilib ki, avqustun 19-dan 29-dək baş tutacaq təlimlər çərçivəsində Amerika və Cənubi Koreya hərbçiləri də kütləvi qırğın silahlarının tətbiqinə cavab tədbirləri üzrə vərdişlər tətbiq edəcəklər: “Mövcud təlim Şimali Koreyanın artan raket imkanları, GPS siqnallarını tıxanma cəhdləri, kiberhücumlar və son hərbi münaqişələrdən dərslər kimi real təhlükələri əks etdirəcək”.

Seulda qeyd edildiyi kimi, ölkələr, xüsusən də kütləvi qırğın silahlarının tətbiqi halında öz çəkindirmə və müdafiə imkanlarını gücləndirəcəklər.

Hərbçilər mülki hökumətə “müharibə zamanı müdafiə və hücum əməliyyatlarına, mülki müdafiəyə hazırlığında” kömək etmək üçün strategiya hazırlayacaqlar.

Təlimdə həmçinin BMT Komandanlığına üzv ölkələrin hərbi qulluqçuları iştirak edəcək, bitərəf dövlətlərin nəzarət komitəsinin nümayəndələri manevrləri müşahidə edəcəklər.

Bundan əvvəl Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın yenidən Seula doğru hava şarları atdığını bildirib.

 

 

Günay

Gununsesi.info