Cənubi Koreyada ən iri külək enerjisi layihəsi qurulacaq

  • By admin
  • 05 Fevral 2021 20:53

Cənubi Koreyada dünyanın ən iri külək enerjisi parkının yaradılacağı elan olunub.

Gununsesi.info xəbər verir ki, layihənin təxminən 43 milyard dollar dəyərində olacağı bildirilib.

Külək enerjisi parkı paytaxt Seuldan 400 kilometr cənub-qərbdə, Sinan şəhərinin sahilində inşa olunacaq. 2029-cu ilədək 8,2 giqavatt gücündə elektrik enerjisi istehsal edəcək obyektin inşası planlaşdırılır.

Külək enerjisi parkının tikintisi prosesində 120 min yeni iş yeri yaradılacaq.

Gununsesi.info