Cənubi Koreyada tankerdə yanğın baş verib

  • By admin
  • 28 Sentyabr 2019 18:59
Bu gün səhər saatlarında “Stolt Groenland” tanker gəmisində partlayış, daha sonra da yanğın baş verib. 
Gununsesi.org xəbər verir ki, “Yonhap”a istinadən xəbər verir ki, hadisə Cənubi Koreyanın cənub-şərqindəki Ulsan limanında qeydə alınıb.
Belə ki, 25 000 ton tutuma malik və Kayman adaları bayrağı altında üzən tankerdə baş verən alov yaxınlıqda olan Sinqapur bayrağı ilə hərəkət edən başqa bir tankerə də sıçrayıb.
Yanğın nəticəsində gəminin 9 nəfər heyət üzvü xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır. Partlayış zamanı gəmidə aralarında Rusiya və Filippin vətəndaşları da olmaqla 25 nəfər heyət üzvünün olduğu, hamısının, üstəlik, başqa bir gəmidəki 21 nəfərin də təxliyyə edildiyi bildirilir.
Hadisə yerinə Sahil Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib, ərazi polis tərəfindən mühasirəyə alınıb.

 

 

Gununsesi.org