Cənubi Koreyadan ABŞ-a birmənalı təhdid - VAR GÜCÜMÜZLƏ AMANSIZCA SALDIRARIQ

  • By admin
  • 18 Mart 2017 23:58

kuzey-koreden-abd-ve-guney-koreye-tehdit

ABŞ-nın  Cənubi Koreyaya insansız hava vasitələri üçün yeni bir stansiya qurmağa hazırlaşdığı bir dövrdə Şimali Koreya hakimiyyəti ABŞ-ı hücumla təhdid edib.

Gununsesi.info Türkiyə mediasına istinadən bildirir ki, Şimali Koreya höküməti bu stansiyanın onların ölkəsinə hər hansısa mənfi təsiri olacağı təqdirdə ABŞ-ı yerlə yeksan edəcəyini bildirib. Qeyd olunur ki, ABŞ ilə Cənubi Koreyanın birgə keçirdiyi təlimlərdən sonra Şimali Koreya xeyli narahat olub. ABŞ-ın Koreya yarımadasına döyüş gəmiləri göndərməsini “qorxusuz tərtib” kimi qiymətləndirən Şimali Koreya rəhbərliyi bildirib ki, Şimali Koreyanın suverenliyi və şərəfinə bir az da olsa zərər versələr, Şimali Koreya ordusu qurudan, havadan, dənizdən və dəniz altından amansız hücumlar təşkil edəcək.

Nəzərinizə çatdıraq ki, ABŞ donanmasına məxsus USS Karl Vinson hərbi  gəmisinin liderliyində bir sıra digər hərbi  gəmilər Cənubi Koreya ilə birgə təlim keçirmək üçün bölgədə yerləşdirilib. ABŞ və Cənubi Koreyanın birgə təlimi 1 Martda başlayıb. Bu ilki təlim Şimali Koreyanın keçən ayki raket sınağı və Seulun Şimali Koreya lideri Kim Jong-un ögey qardaşı Kim Jong-Namın 13 Fevralda Malayziyada öldürülməsi hadisəsinin  ardından keçirilir.

Onu da qeyd edək ki, Kim Jong-Namın ölümündə Koreya hökümətinin əli olduğu bildirilir. Nəzərinizə çatdıraq ki, ABŞ bu ilin əvvəlində Cənubi Koreyaya hərbi yardım məqsədilə “Apache” tipli vertolyotları bu ölkəyə göndərmişdi. Bu vertolyotlar   24 saat havada qala  bilir və “Hellfire” tipli raketlərlə təchiz olunub. Xəbərdə həmçinin bildirilir ki,  Kim Jong orduya hər an müharibəyə hazır olun əmri verib.

Gununsesi.info