
Koreya Xalq Demokratik Respublikasının ordusu Sarı dənizdə demarkasiya xəttində təxribatların törədildiyi halda Cənubi Koreyanın gəmilərinə xəbərdarlıqsız atəş açacaq.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Koreya xalq ordusunun Baş qərargahından bildiriblər.
Məlumata əsasən, Cənubi Koreyaya məxsus hərbi gəmilər KXDR-ın ərazi sularına daxil olaraq ölkənin Hərbi-Dəniz Qüvvələrinə məxsus bərəni atəşə tutublar. “Bu, iki ölkə arasında vəziyyətin gərginləşməsinə yönələn qərəzli təxribatdır”, məlumatda vurğulanır.