
Cənubi Qafqazda münaqişə potensialı qalmaqdadır.
Publika.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Müdafiə nazirinin birinci müavini Valeri Gerasimov xarici attaşelər üçün brifinqində deyib.
O bildirib ki, mövcud beynəlxalq vəziyyət qlobal və regional təhlükəsizlik problemlərinin daha da kəskinləşməsi ilə xarakterizə olunur: “Dünyada artan gərginliyə terrorizmin və radikal ekstremizmin genişlənməsi, koronavirus infeksiyasının yayılması fonunda davam edən qlobal iqtisadi tənəzzül və bir sıra dövlətlərin dağıdıcı xarici siyasəti kömək edir”.
V.Gerasimov İran-Amerika münasibətlərindəki gərginlik dərəcəsinin azalmadığını da qeyd edib.
Onun sözlərinə görə, Suriya, İran, Əfqanıstan və Liviyada terror fəaliyyətləri davam edir.