
Milli Təhlükəsizlik üzrə Müşavir Mayk Uolts: Cənubi Qafqazdakı münaqişə sona çatmalıdır.”
Gununsesi.info xəbər verir ki, bu sözlər ABŞ-nin Azərbaycandakı Səfirliyinin rəsmi səhifəsində paylaşılıb.
“Bu həftə Azərbaycan Prezidenti Əliyevin milli təhlükəsizlik məsələləri üzrə müşaviri cənab Hikmət Hacıyevlə danışdım. Azərbaycan və Ermənistanın böyük bir addım ataraq sülh sazişi üzərində razılığa gəlməsindən məmnunuq. Ona bildirdim ki, biz bu sülh müqaviləsini indi yekunlaşdırmalı, məhbusları azad etməli və regionu daha təhlükəsiz, firavan etmək üçün birlikdə çalışmalıyıq.
Amerikanın Qızıl Dövrünün dünyaya sülh və rifah gətirəcək, bu baş verənə qədər işləməyə davam edəcəyik”, -deyə həmçinin qeyd olunub.