Cənubi Sudanda silahlı hücum olub

  • By admin
  • 29 Mart 2021 20:33

Cənubi Sudanın Şərqi Ekvatorial əyalətinə naməlum şəxslərin hücumu nəticəsində azı 14 nəfər ölüb, 7 nəfər yaralanıb.

Gununesi.info “Eye Radio”ya istinadən xəbər verir ki, məlumatı əyalət qubernatorunun nümayəndəsi yayıb.

HTML tutorial

Onun sözlərinə görə  ölənlər arasında yaşlılar, qadın və uşaqlar da var. Nümayəndə bildirib ki, hücum edənlər “AK-47” avtomatından sakinlərə atəş açıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Əyalətin administrasiyası hücum edənlərin axtarışına başlayıb.

Gununsesi.info