
Sumqayıtda 13 yaşlı uşağı elektrik cərəyanı vurub.
Gununsesi.info xəbər verir ki, 2010-cu il təvəllüdlü Əliyev Aslan Zaur oğlunu yaşadığı evin yaxınlığında cərəyan vurub. Ağır xəsarət alan məktəbli əvvəlcə Sumqayıtdakı xəstəxanaya, daha sonra Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Başın, qulaq seyvanının, sağ yuxarı ətrafın, gövdənin arxa səthinin, sol dabanın 3-cü və 4-cü dərəcəli elektrotexniki yanığı, yanıq şoku diaqnozu qoyulan Aslan Əliyev sonra özəl xəstəxanaya köçürülüb. Yaxınlarının bildirdiyinə görə, onun cərəyan vuran əli çiyindən amputasiya edilib. Yeniyetmənin vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, A.Əliyevin yaxınları açıq sahədə elektrik naqilinin aşağı hündürlükdən keçməsi səbəbindən bədbəxt hadisənin baş verdiyini iddia ediblər.
Maddi imkanları məhdud olan ailə hazırda Aslanın xəstəxana xərclərini qarşılamaqda çətinlik çəkdiyini bildirib, əməliyyatlar üçün lazım olan məbləğin hazır olmadığını bildirib. Ailəyə dəstək olmaq istəyənlər aşağıdakı kart nömrəsinə uyğun bildikləri məbləği göndərə bilərlər.
