“Piyadaların yol hərəkət qaydlarını pozan zaman, onlara qarşı tətbiq edilən 15 sutkalıq inzibati həbsin cərimə ilə əvəzlənməsi doğru qərardır”.
İnzibatə Xətalar Məcəlləsinə piyadaların yol hərəkətini pozmasına görə cərimə sanksiyalarının sərtləşdirilməsi cəmiyyətdə ciddi əks-rezonansa səbəb olub. İnzibati Xətlara Məcəlləsində piyadaların yol hərəkət qaydalarını pozmasına görə mövcud cəzaya əsasən vətəndaş 20 manat cərimə olunmaqdan inzibati qaydada 15 sutkyadək həbs oluna bilər. Ancaq Məcəlləyə edilən dəyişikliyə əsasən 15 sutkalıq inzibati həbs aradan qaldırılır və bunun əvəzində isə cərimənin həddi 100 manat təklif edilir.
Məsələyə aydınlıq gətirmək üçün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Tahir Kərimliyə müraciət etdik.
Millət vəkili Tahir Kərimli Gununsesi.info-ya açıqlamasında deyib ki, burada əsas məqam 15 sutka inzibati həbsin cərimə ilə əvəl olunmasıdır : “Hesab edirəm ki, 15 sutkalıq inzibati həbsin cərimə ilə əvəzlənməsi daha doğru təklifdir.Bunu mən əvvəl dədemişəm ki, inzibati həbs müstəsna haldır və bu cəza da məhkəmə tərəfindən verilməlidir. Piyadaların yol hərəkət qaydalarını pozmasına görə isə müstəsna hal yoxdur. Ona görə də bu cəza düzgün deyildi. İndi bu qaydaya dəyişiklik edilərək, inzibati həbs cəzası cərimə ilə əvəzlənir”- deyə, millət vəkili vurğulayıb.
T.Kərimli əlavə edib ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə inzibati həbs cərimələrlər müəyyənləşəcək. Cərimə həddi 20 manatdan 100 manatadək müəyyən edilməsi təklif olunur. “Düzdür, burada sanksiyalar arasında interval böyükdür. Bu cərimələr arsındakı intervalın böyük olması cəmiyyətdə müəyyən söhbətə səbəb ola bilər. Ancaq hesab edirəm ki, yol hərəkət qaydalrını pozan vətəndaşa qarşı cərimə təyin edilərkən, bu qaydalar hansı şəraitdə pozması nəzərə alınmalıdır. Yəni, vətəndaş hanis şəraitdə qaydanı pozub, qayda pozuntusunun təhlüləlik dərəcəsi, vətəndaş bunu təkrar edib ya yox, yaşlı qadın, hamilə və körpə uşaqlı qadınalr və digrə amillərin hamısı nəzərə alınmalıdır. Əgər vətəndaş bu qaydanı təkrar pozubsa, təbii ki, o, daha yüksək miqdarda cərimə olunmalıdır. İnsan sərxoş olub yolun hərəkət zolağına çıxaraq hərəkət üçün daha ciddi təhlükə yaradırsa, bu da yüksək miqdarda cərimə olunmalıdır. Yəni deməyim odur ki, cərimə tətəbiq olunaraq hansı hal daha ciddi təhlükə yaradırsa, o, şəxsə yüksək cərimə təqdim olunmalıdır. Bu məsələ Milli Məclisdə müzakirə olunan zaman mövqeyimizi bildirəcək və təkliflərimizi vercəyik”- deyə, millət vəkili vurğulayıb.
Cəzaların tətbiqi zamanı mexanizmin müəyyənləşdirilməsinə və şəffaflığın təmin olunmasına gəldikdə isə millət vəkili bildirib ki, İnzibati Xətalar Məcəlləsini pozan şəxslərin qeydiyyatı elektron qaydada aparılır. “ Pozuntular elektron qaydada aparıldığından qaydanı pozan şəxslərin müəyyən etmək asan olur. Bu metoddan istifadə etməklə, qaydanı pozan şəxsin birinci və ya təkrar etməsini müəyyənləşdirmək olar”- deyə, millət vəkili vurğulayıb.
Mürtəza
Gununsesi.info