“Cəriməni qəpiklərlə verəcəm” - MEHMAN HÜSEYNOV

  • By admin
  • 13 Yanvar 2017 10:59

mehman

 Blogger Mehman Hüseynov 1 qəpik kampaniyasına başlayıb. 

Gununsesi.info-ya açıqlama verən M.Hüseynovun sözlərinə görə, bunda məqsəd məhkəmə tərəfindən 200 manat məbləğində edilən cəriməni toplamaqdır:

“Düşünürəm ki,   cəriməni 1 qəpiklərlə ödəyim. 1,3 və 5 qəpiklər yığaraq cəriməni bu formada verəcəm. 
Əgər mənim 200 manatıma ehtiyacları varsa, o pulu verəcəm. Amma cəriməni bu formada, qəpiklərlə verəcəm” – deyə, blogger bildirib.  

Qeyd edək ki,  Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanmışdı.

O, polislərin əmrinə tabe olmamaqda təqsirləndirilərək 200 manata məbləğində cərimə edilib. 

Gülnaz Qənbərli

Gununsesi.info