“Komandanın çətin dönəmdən keçdiyini bilirəm” – Messi “Barselona”dan ayrılırmı?

  • By admin
  • 21 Dekabr 2020 17:29

“Barselona”da qalacağımı istisna etmirəm”.

Gununsesi.org xəbər verir ki, apasport.az saytının məlumatına görə, bunu İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi deyib.

Argentinalı superulduz AS nəşrinə açıqlamasında mövsümün sonunda ayrılacağı ilə bağlı yayılan söz-söhbətə münasibət bildirib. 33 yaşlı oyunçu qalmaq ehtimalının olduğunu gizlətməyib: “Düzdür, yayı çox pis keçirdim. Ardından mövsümün necə bitəcəyindən narahat idim. Ancaq indi yaxşıyam və hər cəbhədə ciddi mübarizə aparmaq istədiyimi hiss edirəm. Həm komandanın, həm də klubun çətin dönəmdən keçdiyini bilirəm. “Barselona”nı əhatə edən hər şeyin mənfi təsiri var. Amma burada sona qədər mübarizə aparacağam”.

Qeyd edək ki, “Barselona” ilə müqavilə müddəti mövsüm

Gununsesi.org