Çətin şəraitdə xidmət keçən hərbçilərə güzəşt olmalıdır

  • By admin
  • 01 Mart 2021 11:43

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi hərbçilərə güzəştlərin edilməsi haqqında təkliflər hazırlayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Modern.az-a adı çəkilən komitənin üzvü, deputat Aqil Abbas məlumat verib. O qeyd edib ki, çətin şəraitdə xidmət edən hərbçilərə güzəştlər olunmalıdır:

“Ermənistanla sərhəddə,  habelə iqlim şəraitinə görə çətin hesab edilən Rusiya ilə sərhəddə xidmət edən hərbçilərə müəyyən güzəştlər olunmalıdır. Milli Məclisdə bununla bağlı müzakirə olub. Üzvü olduğum Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi qanun layihəsi təklif edəcək”.

Gununsesi.info