Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssislərində prezident seçkiləri ilə bağlı səsvermə keçirilir.
Gununsesi.info xəbər verir ki, qadın məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə müəssisəsində yaradılan 36 saylı Xətai 4-cü Seçki Dairəsinin 37 saylı məntəqəsində 434 məhkum səs verəcək.
Yetkinlik yaşına çatmayan məhkumların saxlandığı tərbiyə müəssisəsində səsvermə hüququ olan bir məhkum da 4 saylı cəzaçəkmə müəssisəsində səs verib.
9 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən 14 saylı Xəzər seçki dairəsinin 39 saylı seçki məntəqəsində səsvermə davam edir.
Saat 10:00-a qədər bu məntəqədə 61 hərbi qulluqçu səs verib, məhbusların isə 30 faizi seçkilərdə iştirak edib.
Gununsesi.info