Cəbhə xəttində inanılmaz mənzərə: Skamyada oturdu, sakitcə helikopterin tankı vurmasını izlədi - VİDEO

  • By admin
  • 17 Yanvar 2023 20:28

Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi aramsız davam edərkən, cəbhə xəttindən çəkilmiş bir görüntü böyük təəssürat yaradıb. İnternetə düşən videoda Apaçi tipli vertolyotun Rusiya istehsalı olan tanka atəş açması zamanı skamyada əyləşən əsgərin soyuqqanlılıqla həmin anları seyr etdiyi, hətta yerindən tərpənmədiyi anlar sosial şəbəkələrdə maraqla izlənilib.

Gununsesi.info Turkustan.az-a istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında 24 fevral 2022-ci ildə başlayan müharibə davam edərkən cəbhə xəttindən maraqlı görüntülər gəlməkdə davam edir.

İnternetdə yayılan yeni videoda skamyada oturan əsgərin soyuqqanlılıqla dəqiqələrlə atışmanı izləməsi hər kəsin marağına səbəb olub.

QISA VAXTDA VİRAL OLDU

Apaçi tipli hərbi vertolyotun dəfələrlə Rusiya istehsalı olan tankı atəşə tutduğu saniyələrdə əsgər skamyada oturaraq barmağını tərpətmir, baş verənlərə film kimi baxır. Sosial mediada da böyük əks-səda doğuran video qısa zamanda viral oldu.

Gununsesi.info