“Cəbrayıl” bu gün UEFA Region Kubokunda Belarus klubu ilə oynayacaq

  • By admin
  • 24 İyun 2022 10:21

Bu gün UEFA Region Kubokunun seçmə mərhələsinin II qrupunda ilk oyun keçiriləcək.

Gununsesi.info xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Cəbrayıl” klubu Belarusun “Kolos” komandası ilə üz-üzə gələcək.

Oyun Şamaxı şəhər stadionunda keçiriləcək. Matçı Polşa və İsraildən olan hakimlər idarə edəcək.
UEFA Region Kuboku, 24 iyun

16:00. “Kolos” – “Cəbrayıl”

Şamaxı şəhər stadionu

Baş hakim: Damian Silvestrjak (Polşa)

Baş hakimin köməkçiləri: Bartoş Kaşinsk (Polşa), Paskal Hirzel (İsveçrə)

Dördüncü hakim: Luka Sibelli (İsveçrə).

Gununsesi.info