Cəbrayılda minalar tapılıb

  • By Mina
  • 16 Aprel 2024 09:58

Cəbrayıl rayonunun Hovuslu kəndi ərazisində minalar aşkarlanıb.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildrilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları ərazidən 29 ədəd tank və piyada əleyhinə mina, 3 avtomat, 1 pulemyot, 1 qumbaraatan və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info