Çəkilməmiş film  ölkə xaricinə satıldı

  • By admin
  • 07 İyul 2016 09:19

19223360

Gununsesi.info xəbər verir ki, Bergüzal Korel və Halit Ergençin yeni çəkiləcəyi serial artıq Xorvatiya tərəfindən alınıb. “Vətən xaini” adlanan serial ilk olaraq orda yayımlanmağa başlanacaq. Serialın çəkilişlərinə hələ avqust ayında start veriləcək.  Serial izləyiciyə RTL kanalı vasitəsilə təqdim ediləcək.  Sonuncu dəfə “Min bir gecə” serialında birgə rol alan aktyorlar o zaman da böyük maraqla qarşılanmışdılar. Məhs həmin serialdan sonra Halit və Korel həyat yollarını da bir bağlamışdı.