Cəlilabadda 14 yaşlı qız intihar etdi

  • By admin
  • 14 Noyabr 2021 20:57

Cəlilabadda intihar hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə axşam saatlarında Qarazəncir kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini, 14 yaşlı qız özünü asaraq intihar edib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Hadisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info