Cəlilabadda 20 yaşlı oğlan bıçaqlandı

  • By admin
  • 19 Fevral 2023 09:50

Fevralın 18-də saat 21 radələrində Cəlilabad rayonu ərazisində rayon sakini 2003-cü il təvəllüdlü Kənan İsmayılova bıçaq xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, aparılan araşdırmalar nəticəsində, cinayət əməlinin 2000-ci il təvəllüdlü Əkbər Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

K.İsmayılov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

Polis əməkdaşları tərəfindən Ə.Quliyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Gununsesi.info