Cəlilabadda 33 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

  • By admin
  • 21 Avqust 2022 21:31

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

Gununsesi.info-nun xəbərinə görə, hadisə şəhərin Azərbaycan küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Belə ki, Masallı rayon sakini, 1989-cu il təvəllüdlü Ağayev Elgün Yusif oğlunu elektrik cərəyanı vurub. O, xəstəxanaya aparılsa da, artıq öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info