Cəlilabadda arxeoloji qazıntı işləri aparılır - FOTOLAR

  • By admin
  • 17 Avqust 2022 12:49

Cəlilabad rayonunda arxeoloji qazıntı işlərinə başlanılıb.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, qazıntı işləri Cəlilabad rayonunun Cəfərxanlı kəndi ərazisində aparılır.

Kənd ərazisində yerləşən “Paşatəpə” adlı abidədə qazıntı işləri Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudovanın rəhbərliyi ilə aparılır.

Qazıntılar zamanı xeyli sayda tapıntıların əldə edilməsi gözlənilir.

Qeyd edək ki, “Paşatəpə” abidəsində ilk dəfə olaraq qazıntı işləri aparılır.