Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var

  • By admin
  • 26 Mart 2023 10:28

Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, minik avtomobilinin aşması nəticəsində rayonun Sabirabad kənd sakinləri – 2004-cü il təvəllüdlü Rəvan Babayev, 1993-cü il təvəllüdlü Ramiz İbayev və 2005-ci il təvəllüdlü Sahil Əhmədov xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info