Cəlilabadda avtomobil aşıb

  • By admin
  • 07 Aprel 2021 22:56

Bakı-Ələt yolunda avtomobil qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 90-LR-088 dövlət qeydiyyat nömrəli “Toyoto Prado” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq, təxminən 20-25 metr kənara aşıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info