Cəlilabadda avtomobillər yandı, ölən var -YENİLƏNDİ

  • By admin
  • 05 Fevral 2023 09:57

Cəlilabad rayonunda yol qəzasında ölən və yaralanan şəxsin kimliyi məlum olub.

Gununsesi.info xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumata görə, fevralın 5-də Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində rayon sakini E.Əhmədovun idarə etdiyi “MAZ” markalı avtomobillə qarşıdan gələn “Ford” markalı avtomobil toqquşub.

Nəticədə “Ford” markalı avtomobilin sürücüsü, İsmayıllı rayon sakini N. Məmmədov xəsarət alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, sərnişin Daşkəsən rayon sakini İ. Quliyev isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

 

09:34

Cəlilabadda avtomobillər yanıb, ölən var.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilir ki, rayonun Privolnoye kəndində “Ford” və “МАЗ” markalı iki yük avtomobili toqquşub. Nəticədə “Ford” markalı yük avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları qismən yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Gununsesi.info