Cəlilabadda birmərtəbəli ev yanaraq külə döndü

  • By admin
  • 22 Aprel 2021 09:21

Cəlilabad rayonunun Boyxanlı kəndində yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, sahəsi 128 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.