Cəlilabadda iki qardaşı avtomobil vurub

  • By admin
  • 20 Noyabr 2022 22:00

Cəlilabadda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info bildirir ki, hadisə Göytəpə şəhərində qeydə alınıb.

 

Rayonun Kazımabad kənd sakinləri, 1990-cı il təvəllüdlü Orxan Tacəddin oğlu Kərimov və onun qardaşı, 2000-ci il təvəllüdlü Gündüz Tacəddin oğlu Kərimov yolu qarşı tərəfə keçmək istəyib.

Bu zaman onları avtomobil vurub.

Yaralılar dərhal rayon xəstəxanasına çatdırılıblar.

Gündüz Kərimovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info