Cəlilabadda ikimərtəbəli ev yandı

  • By admin
  • 03 İyun 2022 09:21

Cəlilabad rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, rayonun Günəşli kəndində ümumi sahəsi 216 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info