Cəlilabadda montyoru cərəyan vuraraq öldürdü

Cəlilabad rayonunda elektrik montyorunu cərəyan vuraraq öldürüb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Mirzəli kəndi ərazisində baş verib.

Rayonun Qarakazımlı kənd sakini, 1982-ci il təvəllüdlü hava-xətt montyoru Fariz Məmmədov kənd ərazisindəki elektrik dirəyində təmir-bərpa işləri apararkən elektrik cərəyanı vurub.

Hadisə nəticəsində elektrik dirəyindən yıxılan F.Məmmədov orada ölüb.

Faktla bağlı araşdırma aparılır./Oxu.az

Gununsesi.info