Cəlilabadda Türkiyə üçün yardımlar davam edir - FOTO

  • By admin
  • 15 Fevral 2023 19:53

Cəlilabad rayonunda Türkiyə üçün yardımlar davam edir.

Gununsesi.info xəbər verir ki, yardımlar çərçivəsində Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən Türkiyəyə modul tipli evlər göndərilib.

Belə ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərər görmüş şəxslərə dəstək məqsədilə Cəlilabad rayonundan göndərilən humanitar yardımlar davam edir. Evsiz qalmış insanlara yardım məqsədilə Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən 5 ədəd modul tipli ev Türkiyəyə göndərilib.

Qeyd edək ki, modul tipli evlər Bakı şəhərindən Türkiyə Respublikasına yola salınıb.