Cəlilabadda yol qəzası baş verib: - XƏSARƏT ALANLAR VAR

  • By admin
  • 24 Oktyabr 2017 22:49

fce94721-61da-4e19-8355-b2d372823256

Cəlilabad rayonunda yol qəzası baş verib.

Gununsesi.info “report”a istinadən məlumat verir ki, hadisə rayonun Muğan kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd ərazisində “Mercedes” markalı iki minik avtomobili toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində biri Lənkəran sakini olmaqla, 3 nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info