Cəlilabadda yol qəzası: xəsarət alanlar var

  • By admin
  • 07 Avqust 2022 09:09

Cəlilabad rayonunda yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Uzuntəpə kəndində qeydə alınıb. Belə ki, “Qazel” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində rayon sakini, 1986-cı il təvəllüdlü Rəşad Quliyev və daha bir nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info