Cəmil Əliyev: “Hökumət pul vermir, çətinlik çəkirik” - ÖZƏL

  • By admin
  • 13 Yanvar 2023 08:44

Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik  Cəmi Əliyev Gununsesi.info-nun Milli Onkologiya Mərkəzində KT Aparatı aylardır ki, işləmir  başlıqlı yazısına reaksiya verib.

Qeyd edək ki, həmin yazıda noyabr ayından bəri mərkəzdəki Komputer Tomoqrafiya Aparatının (KT)  işləmədiyi bildirilir. Məlumata görə, bölgələrdən gələn insanlar çalışan digər KT aparatında müayinə olunmaq üçün günlərlə növbə gözləməli olurlar.

Akademik Cəmil Əliyev isə saytımıza açıqlamasında deyib ki, KT aparatının  işləməməsi obyektiv səbəblə bağlı olub: “Mənim də bundan xəbərim var. Aparatın platası yanmışdı. Bu böyük vəsait deməkdir. Hökumət pul vermir, çətinlik çəkirik.  Amma məsələ həllini tapdı və aparat hazırda işləyir.  Belə hallar yaşamışıq”.

Elmar 

Gununsesi.info