«Cənub Qaz Dəhlizi” QSC-nin borclanması 2 milyard dollara çatdı

  • By admin
  • 16 Mart 2017 16:06

enubqaz

«Cənub Qaz Dəhlizi” QSC 1 milyard dollarlıq bond buraxıb.

Gununsesi.info Maliyyə Nazirliyinə istinadən bildirir ki, istiqrazlar 10 il müddətinə 5.75%-lə yerləşdirilib.

Neft-qaz sektoru üzrə ekspert İlham Şaban bildirir ki, beləliklə, Azərbaycanın payının maliyyələşdirilməsi yönümündə son 1 ildə buraxılan istiqrazların həcmi 2 milyard dollar olub.

SOCAR-ın və hökumətin “Şahdəniz-2” və Cənub Qaz Dəhlizi boru kəmərləri infrastrukturu üzrə ümumi öhdəliyi 11.9 mlrd. dollar dəyərində qiymətləndirilir.

“2017-ci ilin əvvəlinə 6 mlrd-lıq dollardan bir qədər artıq məbləğ xərclənib, yəni öhdəliyin pik həddi keçib”-deyə İ.Şaban vurğuladı.

Vüsalı Rüstəmova

Gununsesi.info