Cənub və Şimal arasında iqtisadi layihələr başlayır

  • By admin
  • 25 İyun 2018 10:57

Cənub və Şimal arasında iqtisadi layihələr başlayır

Rəsmi Seul Pxenyanla iqtisadi layihələri bərpa edir.

Gununsesi.info xəbər verir ki, bunu Cənubi Koreyanın milli birlik nazirliyindən bildiriblər.

Bu həftə iki ölkə arasında dəmir və avtomobil yollarının bərpası, meşə təsərrüfatı sahəsi üzrə danışıqların bərpası barədə danışıqların aparılması gözlənilir.

26-28 iyun tarixləri arasında nəqliyyat danışıqları üçün işgüzar danışıqlar başlayacaq. Meşə təsərrüfatı üzrə danışıqlar isə 4 iyul tarixinə planlaşdırılıb.

 Danışıqlarda nümayəndə heyətinin tərkibinə nəqliyyat və ətraf mühit, meşə təsərrüfatı nazirlərinin müavinləri iştirak edəcək.