Cənubi azərbaycanlı müğənni: “Farslar ləhcəmizi lağa qoyurlar” - VİDEO

  • By admin
  • 25 Yanvar 2023 19:31

Cənubi Azərbaycandan olan bəstəkar, müğənni Arif Mehmandost Mədəniyyət TV-də yayımlanan “O” verilişinin qonağı olub.

Gununsesi.info xəbər verir ki, proqramda sənətkar oradakı azərbaycanlıların məruz qaldıqları mənəvi təzyiqlərdən, alçaldılmalarından, ana dillərində təhsil hüququndan məhrum olmalarından, farsların soydaşlarımızın ləhcəsini lağa qoymalarından söz açıb. A.Mehmandost bildirib ki, uşaq vaxtı aldığı bu travmalar səbəbindən övladı Azərbaycanda təhsil almasına qərar verib.

Verilişdə yaradıcılığından da söz açan Arif Mehmandost bəstələdiyi, oxuduğu nəğmələrin əsas məzmununun ayrılıq, həsrət, iztirab olduğunu vurğulayıb.

Qeyd edək ki, “O” aparıcı Bəhruz Niftəliyevin təqdimatında yayımlanır.

Gununsesi.info